Rusiya “Nüvə silahlarına nəzarət” haqqında müqavilədəki iştirakını birtərəfli qaydada dayandırır
Bakı, 21 fevral, AZƏRTAC
Rusiya “Nüvə silahlarına nəzarət” (CHB-3) haqqında müqavilədəki iştirakını birtərəfli qaydada dayandırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisə ünvanladığı müraciətində deyib. V.Putin bildirib ki, ABŞ bu müqaviləyə əsaslanaraq, Rusiyaya məxsus hərbi obyektləri yoxlamağa çalışır.
Qeyd edək ki, SSRİ və ABŞ arasında ilk dəfə 1972-ci ildə nüvə silahının yayılmasının qarşısının alınması məqsədilə CHB-1, 1979-cu ildə isə nüvə silahının kosmosa daşınmasının qarşısını almaq məqsədi ilə CHB-2 imzalanıb. SSRİ dağıldıqdan sonra Rusiya ilə ABŞ arasında 2009-cu ildə CHB-3 müqaviləsi bağlanıb. Müqavilədə nüvə obyektlərinə qarşılıqlı nəzarət etmək, nüvə başlıqlı raketlərin sayını azaltmaq kimi öhdəliklər var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]