RUSİYA PAYTAXTININ METROPOLİTENİNDƏ “ÇİTAYUŞŞAYA MOSKVA”
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, mayın 31-dən etibarən Rusiya paytaxtının metropolitenində “Çitayuşşaya Moskva” yeni metro qatarı hərəkət etməyə başlamışdır. Qatarın vaqonları məşhur ədəbi qəhrəmanların təsvirləri, kitab illüstrasiyalarının reproduksiyaları və ədəbi əsərlərdən parçalarla bəzədilmişdir.
Həmin gün səhər “Vorobyovı qorı” stansiyasına Moskva Dövlət Universiteti tərəfdən girişin qarşısındakı meydançada Moskva məktəbliləri ilə uşaq yazıçıları, şairlər və artistlərin görüşü olmuşdur. Günortaya yaxın qatar “Kropotkinskaya” stansiyasına yola düşmüşdür. Oradan uşaqları Yeni Arbatdakı Moskva kitab evinə aparmışlar. Burada onlar üçün bayram proqramı hazırlanmışdı.
Moskva metropoliteni xətlərində hərəkət edən digər dörd “firma qatarında” olduğu kimi, yeni qatarda da reklam yoxdur, hər bir vaqonun tərtibatı isə müəyyən ədəbi mövzuya uyğundur. Birinci vaqon rus xalq nağıllarına və dastanlarına həsr edilmişdir. Sərnişinlər bu vaqonun divarlarında folklor nümunələrindən parçalar oxumaq, əfsanəvi qəhrəmanların, Qoğalın, Şahzadə İvanın təsvirlərinə tamaşa etmək imkanına malikdirlər. İkinci vaqonda rus klassiklərinin personajları üstünlük təşkil edir. Vaqonun tərtibatında, məsələn, Nikolay Qoqolun “Müfəttiş” əsərinin motivlərindən istifadə edilmişdir. Üçüncü vaqon heyvanlar və təbiət haqqında kitabları xoşlayan sərnişinlər üçün daha maraqlı olacaqdır. Onlar burada Qarşinin Səyahətçi Qurbağa, Mamin-Sibiryakın Bozboyun Ördək və başqa personajların təsvirlərini görəcəklər. Metronun ən balaca sərnişinləri onlar üçün nəzərdə tutulmuş dördüncü vaqonun divarlarında Doktor Aybolit, Milçək-vizilçək, Qoca Xottabıç və Neznaykanın şəkillərini görəcəklər. Yeniyetmələr üçün nəzərdə tutulan beşinci vaqon “Əyri güzgülər krallığı”, “Timur və onun komandası”, başqa ədəbi əsərlərin motivləri əsasında tərtib edilmişdir. Qatarın axırıncı vaqonu xarici yazıçıların əsərlərinə həsr edilmişdir. Burada Antuan de Sent-Ekzüperi, Mark Tven, Jül Vern, Herbert Uels, Amadey Hofman və başqa yazıçıların əsərlərinin motivləri təsvir edilmişdir.
“Çitayuşşaya Moskva” qatarı paytaxt metrosunda beşinci firma qatarı olacaqdır. “Akvarel” adlı bədii qalereya qatarı, məşhur “Moskva-Sankt-Peterburq” ekspressinin şərəfinə adlandırılmış “Krasnaya strela”, həmçinin “Kurskaya duqa” və “Narodnıy opolçenets” qatarları artıq xeyli vaxtdır ki, istifadəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:22]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [22:13]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:51]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:50]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:44]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:37]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [21:34]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [21:14]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [21:01]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [20:32]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:17]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [20:00]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:57]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:32]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:24]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [19:10]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [19:08]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [19:01]
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər
- 09.06.2026 [18:55]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:50]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [18:42]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:40]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [18:13]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:56]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:47]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:45]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:43]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:26]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:23]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [17:22]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:20]