Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt Sergey Treşev Bakıya gələcəkdir
Bakı, 13 may (AZƏRTAC). Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində mayın 17-19-da Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt Sergey Treşevin və Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir. Səfərin təşkilatçıları “Rossotrudniçestvo” və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyidir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, mayın 17-də nümayəndə heyətinin Milli Aviasiya Akademiyasında ictimaiyyətlə görüşü olacaqdır. Görüşdə Rusiya səfirliyinin, Milli Elmlər Akademiyasının, Milli Aerokosmik Agentliyin, gənclər birliklərinin, həmvətənlər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Görüş iştirakçıları kosmosun tədqiqi və mənimsənilməsi sahəsində sovet və Rusiya nailiyyətləri barədə söhbət açacaq, Azərbaycan alimlərinin kosmik məkanın öyrənilməsinə verdikləri töhfələri xüsusi vurğulayacaqlar. Tədbirlər planına tematik fotosərginin açılışı və Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş sənədli filmin nümayişi daxil edilmişdir.
Rusiya nümayəndə heyəti elə həmin gün Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində olacaqdır. Burada Azərbaycan uşaqlarının “İlk dəfə kosmosda” adlı rəsm işlərinin sərgisi açılacaqdır.
Mayın 18-də və 19-da nümayəndə heyəti Şamaxı və Qəbələ rayonlarına səfər edəcək, ictimaiyyətlə və gənclərlə görüşəcəkdir. Kosmos haqqında tematik fotosərgilər təşkil olunacaq, sənədli filmlər nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]