Rusiya qrossmeysteri Pyotr Svidler şahmat üzrə Dünya Kubokunun birinci finalçısı olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakıda şahmat üzrə Dünya Kuboku yarışlarının həlledici mərhələsi keçirilir.
AZƏRTAC xəbər verir ki, Rusiya təmsilçisi Sergey Karyakin və Ukrayna şahmatçısı Pavel Elyanov Dünya Kubokunun yarımfinal matçının ilk iki partiyasını heç-heçə oynayıblar. Rəqiblər klassik nəzarət vaxtı rejimində ilk partiyada 77 gediş ediblər. Bugünkü partiyada isə ancaq 14-cü gedişdə heç-heçə qeydə alınıb.
Rusiyanın ikinci təmsilçisi Pyotr Svidler isə artıq finala vəsiqə qazanıb. Sankt-Peterburqdan olan şahmatçı yarımfinalda 1,5:0,5 hesabı ilə Hollandiya təmsilçisi Aniş Giriyə qalib gələrək, Dünya Kubokunun birinci finalçısı olub.
S.Karyakin-P.Elyanov matçının taleyi və finala vəsiqə məsələsi sentyabrın 29-da qısaldılmış nəzarət vaxtı rejimində əlavə partiyalarda həll ediləcək. Əvvəlcə, iki partiya “sürətli şahmat” oynanılacaq. Qalib müəyyən olunmasa, “blits”, “superblits” və “armegeddon” oynanılacaq.
Dünya Kubokunun qalibi və finalçısı iddiaçıların dünya çempionu adı uğrunda turnirinə vəsiqə qazanacaqlar.
Dünya Kuboku yarışlarının ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib 96 min dollar, finalçı 64 min dollar qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]