Rusiya Rəşt-Astara dəmir yolunun inşası ilə bağlı intensiv danışıqlar aparır
Moskva, 21 oktyabr, AZƏRTAC
“Rusiya Dəmir Yolları” holdinqi (RDY) Rəşt-Astara dəmir yolu sahəsinin inşasının başa çatdırılması məsələsi ilə bağlı Azərbaycan və İran tərəfi ilə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə RDY-nın baş direktorunun müavini Sergey Pavlov “Rusiyada hazırlanıb” Beynəlxalq Ekspert Forumunda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun inşasının yarımçıq qalması marşrut halqasının tamamlanmasında ciddi maneədir. Rusiya həm Azərbaycan, həm də İran tərəfi ilə bu marşrutun işə düşməsinə dair intensiv danışıqlar aparır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:18]
Bakı metrosu yay qrafikinə keçib
- 11.06.2026 [16:13]
İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür
- 11.06.2026 [16:13]
Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib
- 11.06.2026 [14:34]