RUSİYA SƏFİRİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ
Aprelin 2-də Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.
Nikolay Ryabov “Şəhidlər kompleksi”nə əklil qoyduqdan sonra Universitetin “İNTERNET” mərkəzində oldu, burada səfirə ən müasir tədris-informasiya texnologiyası nümayiş etdirildi.
Sonra universitetin böyük akt salonunda professor-müəllim heyəti və tələbələrlə görüş keçirildi. N.Ryabov Rusiya-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətindən, o cümlədən təhsil sahəsindəki ikitərəfli əməkdaşlıq barədə ətraflı söhbət açdı, görüş iştirakçılarının çoxsaylı suallarına cavab verdi.
ADİU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əli Abbasov səfir N.Ryabova görüşdən xatirə olaraq kollektiv adından üzərində universitetin binasının təsviri toxunmuş xalça hədiyyə etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [18:10]
Dünyanı xilas edə biləcək çağırışlar
- 24.04.2025 [16:27]
Türkmənistan portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb
- 24.04.2025 [16:06]
Milli Məclisin sədri Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək
- 24.04.2025 [16:02]
Bolqarıstan mətbuatı Azərbaycanın üzləşdiyi mina problemindən yazıb
- 24.04.2025 [15:58]