Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub. Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar. Bu prosesin müsbət, yaxud mənfi nəticələr verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır. Ekspertlər hesab edirlər ki, hələlik kövrək olan Rusiya-Türkiyə-İran “üçlüyü”, eyni zamanda, Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilər. Burada əməkdaşlıq formatının nüvəsində Rusiyanın dayandığına əmindirlər. Həmin səbəbdən “üçlüyü” Moskvanın geosiyasi addımı olaraq qiymətləndirirlər. Onun fonunda isə Vaşinqtonun baş verənlərə münasibətini təhlil edirlər. Bu aspektdə də müəyyən ziddiyyətlər özünü göstərməkdədir. Onların işığında Rusiya-Türkiyə-İran əməkdaşlığının perspektivi necə görünür? Bu, qlobal geosiyasətin dinamikasında hansı dəyişikliklərə təkan verə bilər?

Yaxın Şərq kabusu: böyük dövlətlərin yeni manevrləri fonunda

Belə görünür ki, Yaxın Şərqdə böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoymaqdadır. Hər bir halda ekspertlər əmindirlər ki, artıq həmin regionda əvvəlki mənzərə mövcud deyil - qüvvələr nisbəti hiss ediləcək dərəcədə yeniləşib. Burada əsas təkanverici aktor rolunu Rusiyanın oynadığından yazırlar. Belə ki, Moskva Ankara və Tehranı bir araya gətirərək hələlik kövrək olan koalisiya formalaşdıra bilib. Doğrudur, burada əsas rolu Moskva və Ankaranın oynadığını deyirlər. Tehran yalnız Hələbdən insanların çıxarılması zamanı humanitar karvana hərbi müdaxilə ilə özünü Rusiya və Türkiyənin yanında qəbul etdirə bilib. Bununla bağlı Rusiyanın Din və Siyasət İnstitutunun prezidenti Aleksandr İqnatenko vurğulayıb: “Bu çox kövrək birliyin (Rusiya-Türkiyə-İran formulu nəzərdə tutulur - Newtimes.az) nüvəsi Rusiya və Türkiyədir. Onlar bütün Suriya böhranının həlli formulu ola biləcək üsulu Hələb böhranının həllində tapa bildilər...Ancaq Tehran Rusiya-Türkiyə planına mane olmaq üçün hər şeyi etdi - Hələbdən çıxarılan sünni qruplarını atəşə tutmağa qədər getdi. Bu aksiyalar və başqa tədbirlər nəticəsində İran Rusiya və Türkiyə “dueti”ndə iştirak etməyi məcburən qəbul etdirdi...” (bax: Игорь Субботин. На Ближнем Востоке - новый передел сфер влияния / "Независимая газета", 22 dekabr 2016).

Ekspertin fikirlərinin nə dərəcədə dəqiq olduğunu deyə bilmərik, lakin bizcə, İran əvvəlcədən Rusiya ilə birlikdə Suriya məsələsində kifayət qədər təsiredici addımlar atırdı. Buna görə də onun Ankara-Moskva “dueti”nin yanında olması yalnız Hələb məsələsi ilə məhdudlaşa bilməz. Burada daha maraqlı olanı bir sıra ekspertlərin daim İslamda təriqət məsələsini vacib siyasi faktor kimi təqdim etməyə çalışmasıdır. Bu səbəbdən Türkiyə-İran münasibətlərini dini məzhəb münasibətləri çərçivəsinə salmaq çox təhlükəlidir. Hesab etmirik ki, regionun iki güclü dövləti bunu anlamasın. O cümlədən Suriya istiqamətində Ankara və Tehranın daha geniş prinsiplər üzrə əməkdaşlıq etdiklərinə şübhə etmirik. Məsələnin digər aspekti Qərbin, daha çox Amerikanın Rusiya-Türkiyə-İran koalisiyasına verdiyi reaksiya ilə bağlıdır.

Artıq bununla bağlı rəsmi münasibət vardır. Ekspertlər də müəyyən fikirlər ifadə edirlər. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, Rusiya ordusunun Suriyadakı fəaliyyəti onu göstərmir ki, Amerika ordusu dünyada aparıcı mövqeyini itirib. Əksinə, ABŞ dünya tarixində ən güclü hərbi sistemə malikdir. Buna görə də Amerikanın Yaxın Şərqdə liderliyi əldən verməsi haqqında deyilənlər əsassızdır (bax: Госдеп оспорил высказывание Путина о превосходстве российской армии / “Ведомости”, 23 dekabr 2016).

Bununla yanaşı, C.Kirbi onu da qeyd edib ki, Moskvadakı danışıqlar Amerikanı kənara itələmək anlamına gəlmir. Bu, Suriyada sülhə nail olmağa yönəlmiş çoxsaylı cəhdlərdən biridir. Əgər həmin təşəbbüs müsbət nəticə verərsə, bu, Amerika tərəfini sevindirər. Buna görə də Vaşinqton “üzünü yana çevirmir” və alınan müsbət nəticələri dəstəkləyəcək (bax: Игорь Субботин. На Ближнем Востоке - новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016).

Eyni zamanda, C.Kirbi Vaşinqtonun Suriya ilə bağlı fəaliyyətini davam etdirdiyinə də işarə verib. O, xüsusi qeyd edib ki, Moskvadakı diskussiyalarda iştirak etməsələr də, amerikan diplomatiyası daha genişmiqyaslı təşəbbüslərin müəllifi olaraq fəaliyyətini davam etdirir. Məsələn, “dövlət katibi Con Kerri Ər-Riyadda müzakirələr aparıb” (bax: əvvəlki mənbəyə). Məsələnin bu tərəfi C.Kerrinin bir fikri kontekstində daha çox maraq doğurur. C.Kirbinin dediyinə görə, “Kerri telefonda Lavrov və Türkiyə xarici işlər naziri ilə danışıb və yeni təşəbbüsün uğurlu olacağına bədbin münasibət göstərdiyini ifadə edib” (bax: Станислав Тарасов. Станет ли устойчивым альянс России, Ирана и Турции? / "Regnum", 22 dekabr 2016).

Ziddiyyətlər və əməkdaşlıq potensialı: Qərbin reaksiyası müstəvisində baxış

Sonuncu fikirləri əvvəlkilərlə müqayisə edəndə ABŞ dövlət katibinin mövqeyində müəyyən ziddiyyətin olduğu aydınlaşır. Çünki bir tərəfdən o, Suriya ilə bağlı istənilən təşəbbüsü dəstəklədiklərini bildirir, digər tərəfdən isə Hələbdə atəşkəsə nail olmuş bir əməkdaşlıq formatına bəri başdan bədbin münasibətini göstərir. Belə çıxır ki, Amerika alternativ addımlar atmaqda maraqlıdır. C.Kerrinin Ər-Riyadda danışıqlar aparması bu aspektdə hansı rolu oynaya bilər?

Əvvəlcə ekspertlərin bir fikrinə nəzər salaq. Onların bəziləri hesab edirlər ki, Türkiyə-Rusiya-İran koalisiyasına Səudiyyə Ərəbistanı və Qətər qısqanclıqla yanaşırlar. Hesab edirlər ki, sünnilərin hüquqları pozulur. Bu səbəbdən də Ər-Riyadla Doha ayrıca hərbi güc hazırlayırlar. Onlar “Əl-Qaidə”nin oxşarını yaratmağa başlayıblar. Aleksandr İqnatenko bu məsələ ilə bağlı deyib: “Suriya qruplaşmalarının nəzarət etdiyi ərazilərdə sünni kvazidövləti yaradılır ki, artıq orada “Əl-Qaidə”nin yeni variantının meydana gəldiyi haqqında anonslar verirlər” (bax: Игорь Субботин. На Ближнем Востоке - новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016).

Maraqlıdır ki, Donald Tramp da artıq Suriyadan tez-tez danışır. "The New York Times"ın yazdığına görə, Pensilvaniyadakı mitinqdə ABŞ-ın yeni prezidenti deyib ki, Suriyada vəziyyət çox kədərlidir və “insanlara kömək etmək lazımdır” (bax: Станислав Тарасов. Станет ли устойчивым альянс России, Ирана и Турции? / “Regnum", 22 dekabr 2016). D.Tramp sözlərinə davam edərək, Suriyada “təhlükəsizlik zonaları” yaratmaq üçün Körfəz ölkələrindən maliyyə vəsaiti alacağını da dilə gətirib, ancaq onu necə təmin etməkdən danışmayıb. Lakin Hələbdə baş verənlərdən sonra Vaşinqtonun həmin ideyadan vaz keçdiyini söyləyirlər. Həm də D.Tramp rəsmən prezident kürsüsünə qalxana qədər Rusiyanın vəziyyəti daha çox dəyişəcəyindən bəhs edirlər ki, bununla da Vaşinqton gecikə bilər.

Bu məqamları da nəzərə alanda Səudiyyə Ərəbistanında dövlət katibinin müzakirələr aparmasından Rusiya-Türkiyə-İran koalisiyasına bir alternativin hazırlandığı nəticəsini çıxara bilərik. Bu isə birmənalı olaraq regionda geosiyasi-hərbi vəziyyəti daha da ağırlaşdıracaq və faktiki olaraq iki səviyyədə ziddiyyətlər meydana gətirəcək.

Birincisi, Yaxın Şərqin böyük dövlətləri arasında ixtilaflar yeni səviyyəyə yüksələcək. O cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və İran arasında intriqalar daha aktiv fazaya keçə bilər. Bunun fonunda məzhəb qarşıdurmasında əvvəllər müşahidə edilməyən konflikt çalarları özünü göstərər. Məsələn, sünni dövlətlər arasında belə “yeni Əl-Qaidə” vasitəsilə münaqişələr yaranar. Bundan kimlərin qazandığı gün kimi aydındır.

İkincisi, ABŞ-Rusiya-Avropa-Çin geosiyasi xəttində gərginlik yüksələ bilər. Bu isə qlobal miqyasda hərbi ilə yanaşı, iqtisadi və maliyyə sferalarında da növbəti böhranları meydana atar. Faktiki olaraq dünya növbəti “soyuq müharibə” girdabına düşər. Bu prosesin ümumbəşəri fəlakətlərə aparıb çıxara biləcəyi hər kəsə məlumdur. Onda yuxarıda vurğulanan geosiyasi məqsədli koalisiyaların yaranması arxasında nələr dayanır? Ümumiyyətlə, belə cəhdlərə ehtiyac varmı?

Doğrusu, bu kimi suallara cavab verməyi siyasətçilər xoşlamırlar. Bəşəriyyətin taleyi baxımından isə kimin nəyi xoşlaması arqument ola bilməz. Aydın olanı budur ki, hələ də böyük dövlətlər korporativ maraqlardan çıxış edirlər. Bu cür oyunların həmişə bir sonu olur. İndiki halda bunun növbəti dünya müharibəsi ilə nəticələnməməsini arzulardıq.

Newtimes.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb