Rusiya-Ukrayna məsələsi “Azəriqaz”ın işinə əsaslı şəkildə təsir edib
Bakı, 25 noyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin bu ilin qazlaşdırma proqramı çərçivəsində nəzərdə tutulan işlərin 87 faizinin ilin sonuna kimi başa çatdırılması mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.
Şöbə rəisinin sözlərinə görə, bu il ərzində 110 kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulub: “Proqram çərçivəsində oktyabr ayının axırına kimi 14 kənd və 38 yaşayış massivinin qazlaşması artıq təmin edilib. 39 kənd və 23 yeni yaşayış massivində isə tamamlanma işləri gedir. Bu il qazlaşdırılması nəzərdə tutulan 16 kənd və 1 yaşayış massivinin qazlaşdırılması isə 2023-cü ildə həyata keçiriləcək”.
E.Vəliyev bildirib ki, proqramın bu il tam yerinə yetirilməməsinin səbəbi maddi məsələlər və ya işçi qüvvəsinin çatışmaması ilə bağlı deyil: “Mal-materialların müəyyən hissəsi ölkə xaricindən gətirilir və dünyada baş verən münaqişələr, xüsusən də Rusiya-Ukrayna məsələsi “Azəriqaz”ın işinə əsaslı şəkildə təsir edib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]