RUSİYADA HƏR İL NARKOTİKLƏRDƏN TƏQRİBƏN 8 MİN NƏFƏR VƏFAT EDİR
A.Mixaylov xatırlatmışdır ki, Rusiyada İÇV infeksiyalıların 60 faizi narkotiklərin inyeksion qəbulu vasitəsilə yoluxmuşdur. Departamentin məlumatına görə, indi ölkədə 243 min nəfər narkoman diaqnozu ilə qeydiyyatdadır.
Mixaylov demişdir: “Əvvəlki 10 il ərzində artım təxminən 20-30 faiz təşkil etmişdir, son üç ildə isə artım 0,5 faizdən çox deyildir”.
Bununla bərabər, onun sözlərinə görə, nikbinlik üçün elə bir əsas yoxdur. O demişdir: “Bu il Əfqanıstan ərazisində 6 min ton xaşxaş istehsal olunacaqdır. Bunun xeyli hissəsi RF ərazisi ilə aparılacaqdır - bu, şimal marşrutudur. Biz etiraf etməyə məcburuq ki, göstərdiyimiz səylər nikbinlik üçün əsas vermir”.
A.Mixaylovun fikrincə, narkomanlığın yayılmasının qarşısını almaq üçün, ilk növbədə, gənclər arasında narkotiklərə tələbata təsir etmək lazımdır.
O, Rusiya ali məktəblərinə daxil olan tələbələri ciddi nəzarət altında saxlamağı təklif etmişdir.
Mixaylov demişdir: “Biz ali məktəblərə kimləri qəbul etdiyimizə diqqətlə yanaşmalıyıq. Bir sıra respublikalarda abituriyentlərin narkoasılılıq testlərindən keçirilməsi praktikasından uğurla istifadə olunur.