Rusiyada meşə yanğınına görə regional fövqəladə vəziyyət tətbiq edilib
Bakı, 8 avqust, AZƏRTAC
Buryatiya ərazisində təxminən 550 hektar sahədə meşə yanğınları davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Buryatiya Respublikası Meşə Təsərrüfatı Agentliyindən bildirilib.
“Avqustun 8-i səhər saatlarına olan məlumata görə, Kurumkan, Mui və Şimali-Baykal bölgələrində 7 meşə yanğını baş verib. Hazırda respublika ərazisində 548,3 hektar ərazini əhatə edən meşə yanğınlarının söndürülməsinə 5 texnika və 150 nəfər canlı qüvvə cəlb olunub.
Son 24 saat ərzində respublikada Şimal-Baykal bölgəsində bir meşə yanğını aşkar edilib. Yanğına səbəb şiddətli külək olub.
Buryatiya Respublikasının meşələrində regional fövqəladə vəziyyət rejimi qüvvədədir”, – məlumatda deyilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:02]
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
- 27.10.2026 [11:59]
Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]