RUSİYADA NƏ QƏDƏR MÜSƏLMAN YAŞAYIR?
O demişdir ki, son illər Rusiya müsəlmanlarının sayı keçmiş SSRİ respublikalarından, habelə Əfqanıstan və bəzi digər ölkələrdən gələn miqrantların böyük axınları hesabına artmışdır.
R.Qaynuddin belə bir rəqəm də gətirmişdir: son 10-11 ildə Rusiya Federasiyasında 5 mindən çox məscid tikilmişdir. Müsəlmanlar dağıdılmış məscidləri bərpa etmək və yenilərini tikmək imkanını SSRİ-nin süqutundan sonra, demokratik Rusiya şəraitində qazanmışlar. Özü də, Rusiyanın mərkəzi və şimal vilayətlərində də məscidlər ucaldılmışdır, halbuki əvvəllər orada heç vaxt müsəlmanların ibadətgahları olmayıbdır. Məsələn, Voloqdada məscid açılmış, İvanovoda islam kompleksinin birinci növbəsi fəaliyyət göstərməyə başlamışdır, indi Murmanskda məscid tikilir.
Müfti demişdir ki, məscidlər büdcə vəsaiti hesabına deyil, dindarların könüllü ianələri hesabına inşa edilir.