İDMAN
Rusiyada oynayan futbolçumuz klubunu dəyişib
Bakı, 5 mart, AZƏRTAC
Ötən ilin dekabrında “Ufa”dan ayrılan azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Rusiya Premyer Liqasının digər təmsilçisi “Tambov”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun müqavilə müddəti və digər detallar açıqlanmayıb.
A.Əliyevin yeni komandasındakı debütü də uğurlu alınıb. O, Premyer Liqanın 20-ci turunda “Rotor”la keçirilən matçın (1:3) 18-ci dəqiqəsində meydana daxil olub və 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.
Qeyd edək ki, “Tambov” 20 oyuna cəmi 13 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2024 [22:23]
“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb
- 28.05.2024 [18:59]
Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb
- 28.05.2024 [14:41]
Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir
- 28.05.2024 [13:07]
Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO
- 28.05.2024 [06:50]
Azərbaycan gimnastı: Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir
- 28.05.2024 [04:08]
Yığma üzvü: Nəticəmizi dəstək sayəsində əldə etdik
- 28.05.2024 [00:53]
Gənc gimnastlar: Azərbaycanı Avropa çempionatında təmsil etmək əla hissdir
- 27.05.2024 [22:44]