RUSİYADA YENİ MİQRASİYA QAYDALARI QÜVVƏYƏ MİNİR
Dövlət Dumasının qəbul etdiyi və RF Federasiya Şurasının bəyəndiyi yeni qanunvericilik aktları miqrasiya qanunvericiliyinin əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatının yeni inzibati-hüquqi mexanizminin yaradılması yolu ilə təkmilləşdirilməsinə yönəldilmişdir.
Sənədlərə görə, Rusiya icazə prinsipindən bildiriş prinsipinə keçir, yəni bu ölkəyə gələn əcnəbi vətəndaş öz gəlişi barədə Federal Miqrasiya Xidmətinə ya poçtla məlumat verməli, yaxud da özü həmin orqana gəlməlidir. Bununla yanaşı elektron, məlumat bankı da fəaliyyət göstərəcəkdir. Məlumat bankına əcnəbilərin, yaxud vətəndaşlığı olmayan şəxslərin gəlişi və gedişi haqqında informasiya daxil ediləcəkdir. “Əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında” qanuna dəyişikliklər edilməsi sayəsində RF-yə vizasız gələn şəxsin müvəqqəti yaşamaq statusu alması ilə bağlı miqrasiya prosedurları sadələşdirilir. Yəni, federal qanun vizasız gələnlərin RF hökumətinin ərizə, zəruri sənədlərin bir ay müddətində verilməsi əsasında müəyyənləşdirdiyi norma nəzərə alınmadan müvəqqəti yaşamalarına razılıq verilməsinin mümkünlüyünü müəyyən edir. Yeri gəlmişkən, daimi və müvəqqəti əsasda yaşayan əcnəbi vətəndaşlar hər il təkrar qeydiyyata alınmaq zərurətindən azad edilirlər. Vizasız qaydada gələn vətəndaşlar ərizənin verildiyi vaxtdan etibarən 10 gün müddətində müstəqil surətdə işləmək üçün icazə ala bilərlər.
“Pərakəndə satış bazarlarının fəaliyyəti haqqında” yeni qanuna görə, isə, yanvarın 15-dən bu sahədə fəaliyyət göstərən əcnəbilərin sayı 40 faizdən çox olmamalıdır. Aprelin 1-dən isə pərakəndə satış bazarlarında əcnəbilərin işləməsinə qadağa qoyulur. Yeni qanuna görə, onların əmək müqaviləsi ləğv edilməlidir. Bunun üçün məsuliyyəti bütün məsələləri tənzimləməli olan bazarı idarə edən şirkət daşıyacaqdır. Miqrasiya qanunvericiliyinin pozulmasına görə işəgötürənlərin inzibati məsuliyyəti də artırılır. Belə ki, bu halda həm işəgötürənlər, həm də qeyri-leqal əcnəbilər 800 min rubl məbləğində cərimələnəcəkdir.
Qeyd etmək lazımdır ki, Rusiya hökuməti MDB ölkələri vətəndaşlarının işləmələri üçün kvotanı 6 milyon nəfər həddində müəyyənləşdirmişdir.