CƏMİYYƏT
Rusiyalı mütəxəssislər azərbaycanlı həkimlər üçün kurslar keçəcəklər
Bakı, 15 iyul (AZƏRTAC). Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyasının mütəxəssisləri tərəfindən oktyabr-noyabr aylarında Bakıda şüa diaqnostikası, pediatriya və səhiyyənin idarə edilməsi üzrə kurslar təşkil olunacaqdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın dövlət xəstəxana və tibb mərkəzlərində çalışan, ən azı öz ixtisası üzrə 3-5 il iş təcrübəsi olan, rus dilini yaxşı bilən mütəxəssislər kurslarda iştirak edə bilərlər. Bunun üçün həkimlər avqustun 1-dək Səhiyyə Nazirliyinə (245 nömrəli otaq) müraciət etməlidirlər.
Kurslar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]