Rusiyanın daxili işlər naziri KXDR-də səfərdədir
Bakı, 2 aprel, AZƏRTAC
Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Xalq Demokratik Respublikasında (KXDR) səfərdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. KXDR tərəfi Rusiya nümayəndə heyətinin səfərinin məqsədi və digər detalları barədə məlumat verməyib.
Cənubi Koreyanın “Yonhap” agentliyi isə bu səfərin KXDR lideri Kim Çen Inın Rusiyaya gözlənilən səfəri ilə bağlı ola biləcəyini yazır.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda KXDR liderinin Rusiyaya səfər edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Kim Çen In Şimali Koreyanın lideri olduqdan sonra Rusiyaya səfər etməyib. Bəzi mütəxəssislər KXDR liderinin Rusiyaya səfərinin bu ay reallaşacağını iddia edirlər. Ötən ay KXDR xarici işlər nazirinin müavini İm Çon İl Rusiyada səfərdə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]