Sabah hava necə olacaq
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam buludluluğun artacağı ehtimalı vardır.
Temperatur gecə 11-15° isti, gündüz 20-25° isti olacaqdır.
Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 9-14° isti, gündüz 22-27° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 16-21° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur 9-14° isti, gündüz 20-25° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 13-18° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 10-15° isti, gündüz 22-27° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaqdır.