Sabah ölkə ərazisində hava yağıntılı olacaq
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətidən AZƏRTAC-a verilən məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, bəzi yerlərdə 32°-dək isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, bəzi yerlərdə 31°-dək isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-36° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 17-19° isti, gündüz 24-28° isti olacaq.