Sabah Ukrayna Ali Radasına yeni spiker seçiləcək
Kiyev, 28 avqust, AZƏRTAC
Ukrayna Ali Radasının yeni tərkibdə avqustun 29-da keçiriləcək açılış sessiyasının proqramı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 10:00-da başlanacaq sessiyada deputatların andiçmə mərasimi olacaq. Sonra deputat fraksiyaları və qruplarının yaradılması və qeydə alınması prosesi həyata keçiriləcək. Ali Rada spikerinin hesabatından sonra parlamentə yeni spiker və birinci vitse-spiker seçiləcək. Parlamentdə hakim “Xalqın xidmətçisi” partiyasından bu vəzifələrə Dmitriy Razumkov və Ruslan Stefançukun namizədliyinin irəli sürüləcəyi qeyd olunur. Vitse-spiker vəzifəsinə isə müxalifət fraksiyasından namizədlik irəli sürüləcək.
İlk iclasda yeni hakimiyyətin formalaşdırılması məsələsinə də baxılacağı gözlənilir. Yeni hökumətin formalaşdırılması prosesi sentyabrın 3-ü parlamentin növbəti sessiyasında tam başa çatacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]