SABİQ GÜRCÜSTAN PREZİDENTİ MÜHAFİZƏDƏN MƏHRUM EDİLMƏYİBDİR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstan Təhlükəsizlik Şurasının katibi Tedo Caparidze keçmiş prezident Eduard Şevardnadzenin təhlükəsizliyini təmin edən mühafizəçilərin sayının bir neçə dəfə azaldıldığı barədə bəzi informasiya vasitələrinin məlumatının düzgün olmadığını bildirmişdir. O, jurnalistlərlə görüşündə demişdir ki, “Şevardnadzenin mühafizəsini Gürcüstan Dövlət Mühafizə Xidmətinin əməkdaşları əvvəlki formatda həyata keçirirlər”.
Eduard Şevardnadzenin özü Tbilisinin “İmedi” teleşirkətinin müxbiri ilə müsahibəsində demişdir ki, “onun mühafizəçiləri amerikalılar tərəfindən hazırlanmışlar və öz vəzifələrinin öhdəsindən həmişə yaxşı gəlmişlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]