Şabran məktəbinin müəllimi “Bizim müəllim” layihəsində
Bakı, 31 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir. Layihənin budəfəki təqdimatı Aytəkin Ağayevaya həsr olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Aytəkin Ağayeva 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 47 bal toplayıb və həmin il Quba rayon Əlik kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. 2019-cu ildə isə müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edib. Hazırda Şabran rayon Gəndov kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.