Sabunçu rayonunda qohumlar arasında baş vermiş mübahisə ölümlə nəticələnmişdir
Bakı, 13 may (AZƏRTAC). Sabunçu rayonunda qətl hadisəsi baş vermişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu rayonunun Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Saleh Saylarov sərxoş halda, əmisi oğlu, əvvəllər məhkum olunmuş Əlikram Əliyevi bıçaqla qətlə yetirmişdir.
Hadisə Ə.Əliyevin evində iki əmioğlu arasında düşmüş münaqişə zəminində baş vermişdir.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Saylarov yaxalanmışdır.
Faktla bağlı cinayət işi başlanmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]