Sabunçuda məktəblərdə məişət zorakılığı ilə mübarizə mövzusunda məlumat verilib
Bakı, 28 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə paytaxtın Sabunçu rayonundakı Nazim İsmayılov adına 80 nömrəli və İlqar Əliyev adına 96 nömrəli tam orta məktəblərdə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə çıxış edənlər iştirakçılara məişət zorakılığının səbəbləri, onun fiziki, psixoloji, iqtisadi və digər formaları, zorakılığın qarşısının alınması üçün diqqət edilməli məqamlar, eləcə də mövcud hüquqi müdafiə mexanizmləri barədə ətraflı məlumat veriblər.
Mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib.
Məktəblilərin ünvanladıqları suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.