Şagirdlər Hüseyn Caviddən bəhs edən filmin çəkilişlərini izləyiblər
Bakı, 14 mart, AZƏRTAC
Böyük dramaturq və şair Hüseyn Cavidin irsinin təbliği istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi ali və orta məktəblərlə əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Bu istiqamətdə elmlə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün mütəmadi olaraq açıq dərslər təşkil edilir. Belə açıq dərslərdən biri də “Zəfər” kurslarının onuncu sinif şagirdləri üçün keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda keçirilən açıq dərs zamanı muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı şagirdlərə Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında məlumat verib. G.Babaxanlı qeyd edib ki, muzeydə mütəmadi olaraq təşkil edilən bu cür dərslər məktəblilərin dünyagörüşlərinin və bədii təfəkkürlərinin inkişafında xüsusi əhəmiyyətə malikdir.
Ədibin yaşadığı dövr, həyatı, yaradıcılığı və muzeyin zəngin eksponatları haqqında şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonra Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Həqiqət istərəm, yalnız həqiqət” sənədli televiziya filmi haqqında şagirdlərə məlumat verilib. Filmin çəkilişlərini canlı izləyən şagirdlər Mişkinaz xanım obrazını canlandıran Xalq Artisti Səidə Quliyeva ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]