CƏMİYYƏT
Sağlam uşaq-sağlam həyatın gələcəyidir
![Sağlam uşaq-sağlam həyatın gələcəyidir](/files/2014/2/1200x630/1409243940513714730_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun icra strukturlarının, səhiyyə, təhsil şöbələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların uğurlu nəticələrini əks etdirən videoçarx nümayiş etdirilib.
“Dəyrimi masa”da çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva bildirib ki, bu gün Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf səhiyyə sahəsində də nəzərəçarpacaq dərəcədə hiss olunmaqdadır. Bu islahatlar nəticəsində qısa müddət ərzində ölkəmizdə səhiyyə infrastrukturu tamamilə yenilənib, dünya standartlarına uyğun yeni səhiyyə müəssisələri tikilib istifadəyə verilib, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib.
Qeyd olunub ki, son vaxtlar mətbuatda ana və uşaq ölümü halları ilə bağlı verilən məlumatlar ciddi narahatlıq doğurur. Belə halların qarşısının qətiyyətlə alınması barədə dövlət başçısının ciddi tapşırıqlarının olduğunu vurğulayan R.Əliyeva vəziyyətin araşdırılaraq çıxış yolları tapılmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.
Müzakirələrdə erkən nikah hallarının qarşısının alınmasının, yeniyetmə qız və oğlanların vaxtaşırı tibbi müayinələrə cəlb edilməsinin, gənclərin ümumtəhsil məktəblərində təhsil alarkən məsələ ilə bağlı ətraflı maarifləndirməsinin vacibliyi diqqətə çatdırılıb.