Sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinə ediliblər
Bakı, 15 mart, AZƏRTAC
Beynəlxalq Qlaukoma həftəsi çərçivəsində akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 1 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, Səyyar Klinikanın həkim və tibb işçiləri aksiya zamanı müəssisədə 100-ə qədər uşağı müayinə ediblər. Müayinələr nəticəsində uşaqlar arasında ən çox konyuktivit, eləcə də refraksiya və digər görmə patologiyaları aşkar olunub. Onların bir qisminə ilkin tibbi yardım göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]