Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib

Naxçıvan, 27 avqust, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi muzey işi də diqqətdə saxlanılıb. Bu gün Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni muzeylər inşa edilir, fondlar zənginləşdirilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 27-də Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Muzeyin direktoru Xavər Ələsgərli deyib ki, muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirləri qədim diyarımızın mədəniyyət sahəsini də əhatə edib. Bu gün Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Yeni muzeylər yaradılır, fondlar zənginləşdirilir, muzeylərin internet saytları istifadəyə verilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Xavər Ələsgərli yaradılan şəraitə və göstərilən qayğıya görə muzey əməkdaşları adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və rayon sakinlərini təbrik edərək deyib: Tarix-diyarşünaslıq muzeyləri ölkəmizin hər bir bölgəsinin tarixini özündə yaşadan yerlərdir. Şahbuz rayonu da ölkəmizin qədim guşələrindəndir. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Qərarından sonra Şahbuz rayonunda da 500 eksponat fondu olan muzey yaradılmışdır. Ötən dövrdə muzeyin fondu zənginləşdirilmiş, 5 minə yaxın eksponat toplanmışdır. Muzey ötən dövrdə uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. Lakin bu gün muzey üçün müasir bina istifadəyə verilir və bu da fəaliyyətə müsbət təsir göstərəcəkdir.

Ali Məclisin Sədri deyib: Müstəqillik illərində muzeylərin fəaliyyətinin təşkili sahəsində təqdirəlayiq işlər görülmüş, muzeylərə gedişlərin sayı artmışdır. Bu da xalqımızın öz tarixi-mədəni irsinə verdiyi dəyərin göstəricisidir. Artıq bu gün muzeylərimiz xalqımızın qəhrəmanlıq tarixini gənclərimizə çatdırır. Ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında həyata keçirdiyi aksiya gənclərimizin öz tarixi-mədəni irsinə sahiblik istiqamətində atılmış addımdır. Bu illər ərzində minlərlə eksponat toplanaraq rayon tarix-diyarşünaslıq və digər muzeylərimizə təhvil verilmişdir. “Tariximizi qoruyaq və yaşadaq!” aksiyası bundan sonra da davam etdirilməli, gənclərimizin qəhrəmanlıq dolu keçmişimizlə tanış olmalarına şərait yaradılmalıdır.

Ali Məclisin Sədri deyib: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tarix-diyarşünaslıq muzeylərindəki eksponatlar və arxiv sənədləri əsasında muxtar respublikanın hər bir rayonunun tarixini yazmalıdır. Bu muzeydə nümayiş olunan eksponatlar da Şahbuz rayonu ərazisində yaşamış insanların min illər bundan əvvəlki həyat tərzini əks etdirir. Ona görə də bunlar qorunmalıdır. Muzey daim fəaliyyətdə olmalı, “Açıq qapı” günləri keçirilməli, ümumtəhsil məktəbləri və digər yaradıcı təşkilatlarla əlaqə saxlanmalı, tarixi-mədəni irsimiz haqqında gənclərimiz məlumatlandırılmalı, muzeylərə gedişlər təmin edilməlidir.

Qeyd olunub ki, muzey fondlarının zənginləşdirilməsində vətəndaşlarla iş mühüm məsələdir. Sakinlərin bu gün muzeylərə təqdim etdikləri tarixi əşyalar gələcək nəsillər üçün çox qiymətli eksponatlardır. Ona görə də muzeylər, ilk növbədə, əhali ilə işə diqqət yetirməlidir. Kənd mərkəzlərində görüşlər keçirilməli, tariximizlə bağlı məlumatların, eləcə də eksponatların qorunması haqqında sakinlər maarifləndirilməlidir. Yaradılan şərait imkan verəcək ki, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi də öz işini bu tələblər səviyyəsində qura bilsin.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb.

Bələdçi Nurşən İbrahimova muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması sahəsində görülən işlərə görə minnətdarlıq edərək deyib: “Muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafında da dövlətimizin diqqət və qayğısı daim hiss olunur. Son illərdə muzeylərin tikilib istifadəyə verilməsi, ekspozisiyaların qurulması, muzey fondlarının zənginləşdirilməsi də məhz bu qayğının ifadəsidir. Bu gün Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün müasir binanın istifadəyə verilməsi kollektivin sevincinə səbəb olub. Bundan sonra da tarixi-mədəni irsin qorunub saxlanılmasında, təbliğ olunmasında, muzey işinin yaxşılaşdırılmasında səylə çalışacaq, göstərilən etimadı doğruldacağıq”.

Sonra muzeyə baxış olub.

Məlumat verilib ki, binanın birinci mərtəbəsində direktor, 2 fond, iş otağı və qarderob, ikinci mərtəbədə isə ekspozisiya zalı yerləşir. Muzeydə arxeologiya, məişət-etnoqrafiya, dekorativ-tətbiqi sənət, rəssamlıq, numizmatika, foto və sənədlər bölmələri fəaliyyət göstərir. Muzeyin ekspozisiyasında 536 eksponat nümayiş etdirilir. Hazırda fondda 4 min 679 eksponat vardır.

Ekspozisiyada ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şahbuz rayonuna səfərlərini əks etdirən guşələr, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin, rayonda mövcud olan yeni quruculuq ünvanlarının, eləcə də Şahbuzun füsunkar təbiətini əks etdirən müxtəlif fotolar və Şahbuz rayonunun inzibati-siyasi xəritəsi nümayiş etdirilir. Şahbuz bölgəsində yerləşən müxtəlif nekropollarda aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri - obsidianlar, ox ucluqları, saxsıdan hazırlanmış müxtəlif məişət əşyaları, həvəng-dəstələr, Kükü, Sarıdərə, Kolanı, Haqqıxlıq nekropollarından əldə edilmiş saxsı qab parçaları, tuncdan hazırlanmış xəncərlər, bəzək əşyaları, sümükdən və əqiqdən hazırlanmış zinət əşyaları muzeyin ekspozisiyasında saxlanılır və nümayiş etdirilir. Həmçinin muzeydə misdən hazırlanmış məcməyi, sərnic, satıl, parç, şamdan, samovar, yerli sənətkarlar tərəfindən nəfis tərtibatla toxunmuş xalça, kilim, cecim, heybə, xurcun, məfrəş, yəhərqaşı, müxtəlif nəbati naxışlarla toxunmuş yun corablar, yüksək zövqlə hazırlanmış bədii tikmələr, gümüş bəzək əşyaları, XIX-XX əsrlərə aid soyuq silahlar, eləcə də tarixən ölkəmizdə dövriyyədə olmuş mis və gümüş pul nümunələri, görkəmli rəssamlarımızın kağız və kətan üzərində müxtəlif üsullarla çəkdikləri rəsm əsərləri nümayiş olunur.

Binanın həyətində abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemləri qurulub.

Ali Məclisin Sədri muzey fondunun və ekspozisiyanın zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.

X X X

Həmin gün Ali Məclisin Sədri Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün tikiləcək yeni binanın layihəsinə baxıb.

Məlumat verilib ki, layihəyə əsasən 3 mərtəbədən ibarət olacaq binada Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi fəaliyyət göstərəcək. Müasir iş şəraiti yaradılacaq binada mərkəzi server və aidiyyəti üzrə iş otaqları nəzərdə tutulub.

Ali Məclisin Sədri işlərə başlanılması barədə müvafiq tapşırıqlar verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir