Şahbuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Naxçıvan, 16 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ağbulaq və Gömür kəndləri arasındakı yolda qeydə alınıb. "Niva" və "Fiat" markalı avtomobillərin toqquşması nəticəsində Ağbulaq kənd sakinləri - 1993-cü il təvəllüdlü Aysel Bəylər qızı Həsənova və 1988-ci il təvəllüdlü Mədinə Vilayət qızı Həsənova xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [16:02]
Konfrans iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
- 16.09.2026 [15:48]
Qərb bölgəsində forel balığı istehsalına maraq artır
- 16.09.2026 [15:39]
Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyib
- 16.09.2026 [15:22]
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 16.09.2026 [13:40]
Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB VİDEO
- 16.09.2026 [13:26]