İQTİSADİYYAT
Sahibkarlar üçün “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcək
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 6-11-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Zoom” proqramı üzərindən videokonfrans formatında “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcək.
ASK-dan AZƏRTAC-a bildirilib ki, onlayn seminarın əsas məqsədi assosiasiya və biznesə dəstək təşkilatların işinin düzgün strategiya və fəaliyyət planı üzərində qurulması, nəticə etibarilə sahibkarlığın inkişafına töhfə verilməsindən ibarətdir.
Seminarda təşkilatın strukturu, dövlət-özəl dialoq, lobbiçilik, üzvlük, beynəlxalq layihələr, biznes xidmətləri müzakirə ediləcək. Seminara iyulun 3-nə qədər göstərilən linkə daxil olaraq https://forms.gle/rYPPcU9e4nx7pCvp9 qeydiyyatdan keçmək olar.