Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahil Babayev: Martın 1-dən pensiyalar 116 manatdan 160 manata çatdırılacaq VİDEO

Sahil Babayev: Martın 1-dən pensiyalar 116 manatdan 160 manata çatdırılacaq VİDEO

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Prezident İlham Əliyevin təşəbbüsü əsasında minimum əmək pensiyasının artırılması üçün hazırlanmış qanun layihəsinə dair geniş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutan yeni qanunvericilik layihəsinin hazırlanaraq Milli Məclisə təqdim olunduğunu deyib: “Qanun layihəsinin Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında qəbul edilməsini gözləyirik. Əhalinin sosial müdafiəsində daha bir mühüm addım olan bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan, bir sıra kateqoriyalar üzrə 80 manatdan 160 manata çatdırılacaq. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz yəni 75 manat, 26 min nəfərin pensiyasında 30 faiz - 37 manat, 74 min nəfərin pensiyasında 16 faiz - 27 manat artım olacaq. Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı üzrə, yəni martdan dekabradək 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür".

Nazir, həmçinin deyib: “Ölkə başçısının əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısı bu istiqamətdə humanizm və sosial ədalət prizmasından yeni və mühüm addımların atılmasının ardıcıl xarakter almasına, eyni zamanda, həssas qruplara dövlətin dəstəyinin daha da güclənməsinə səbəb olub. Ötən il keçirilmiş seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanaraq Prezident seçildikdən sonra dövlət başçısının ilk olaraq 2018-ci il 19 aprel tarixində imzaladığı Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Bu il yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşündə dövlətimizin başçısı şəhid ailələrinə qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini bəyan edib və həmin gün imzalanan daha bir Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla 12 min 268 şəhidin vərəsələrini əhatə edib, bu məqsəd üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb.

Eyni zamanda, ötən ilin avqustun 1-də şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və minik avtomobillərinin təqdim olunması tədbirində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib və həmin tədbirdən bir gün sonra ölkə başçısının imzaladığı Sərəncamla ayrılmış vəsait hesabına ötən il şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin sayı 3 dəfədən çox artırılaraq 626-ya, indiyədək verilən mənzillərin sayı 6 min 654-ə çatdırılıb. Qarabağ müharibəsi əlillərinə ötən il 265 avtomobil verilməklə bu kateqoriyadan olanlara təqdim olunan avtomobillərin sayı isə 6 min 144-ə çatıb.

Ölkə başçısının 2019-cu il 28 yanvar tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb və Prezident İlham Əliyevin tapşırığı ilə bu il azı 800 mənzilin verilməsi nəzərdə tutulub. Digər tərəfdən, 2019-cu il 30 yanvar tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq fevralın 1-dən 300 manata çatdırılıb. Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında ötən dövrdə 3 dəfə artırılıb”.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı isə nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına imkan verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan “DOST” layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdıracaq. Cari ilin birinci rübündə ilk “DOST” mərkəzi yaradılacaq. İl ərzində Bakıda 4 və 2019-2025-ci illərdə respublika üzrə isə 31 belə mərkəz açılacaq.

Sahil Babayev, həmçinin dövlət başçısının tapşırığı ilə pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış şəkildə qurularaq məmur-vətəndaş təması olmadan tam şəffaflaşdırıldığını, vətəndaşların onlar barədə bütün sosial məlumatlara və xidmətlərə əlçatanlığını təmin edən “E-sosial” internet portalının qurulduğunu, vahid məşğulluq portalının vacib komponenti kimi “Məşğulluq alt-sistemi”nin yaradıldığını deyib. O qeyd edib ki, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə ötən il özünüməşğulluq proqramının əhatə dairəsi 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın şəxsi əhatə edib. Onlardan artıq 5800-ü aktivlərlə (mal və materiallarla) təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə daha 7-8 min şəxs bu proqrama cəlb olunacaq. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “İşsizin DOSTu” proqramı ödənişli ictimai işlərin sistemli və şəffaf təşkilinə imkan verməklə, bu il 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında belə işlərlə təmin edilməsinə şərait yaradıb və onlardan artıq 25 mindən çox şəxs ödənişli ictimai işlərlə təmin olunub.

S.Babayev bildirib ki, ümumən son 15 ildə Azərbaycanda əməkhaqlarında 7 dəfə, eləcə də minimum əməkhaqlarında 6,5 dəfə artım özünü göstərib. Əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 2019-cu il 8 fevral tarixli Sərəncam cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40 faizinin və ya 600 mindən çox işçinin əməkhaqlarının artmasına imkan verib. Dövlətimizin başçısının xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən və ya əhalinin 13 faizindən ibarət olan pensiyaçıları da əhatə edir. Müvafiq Sərəncamla cari ilin əvvəlindən pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin olunub. Yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib.

Sonra Sahil Babayev jurnalistlərin suallarını cavablandırıb.

Sahil Babayev: Martın 1-dən pensiyalar 116 manatdan 160 manata çatdırılacaq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb