İDMAN
Şahmatçımız Şəhriyar Məmmədyarov FIDE-nin reytinq siyahısında dördüncü pilləyə yüksəlib
![Şahmatçımız Şəhriyar Məmmədyarov FIDE-nin reytinq siyahısında dördüncü pilləyə yüksəlib](/files/2017/3/1200x630/1509461085137053119_1200x630.jpg)
Bakı, 31 oktyabr, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə iki pillə irəliləyib. Reytinq siyahısında təmsilçimiz 2799 xalla dördüncü pillədədir.
Digər şahmatçımız Teymur Rəcəbov isə 2741 xalla 19-cu pillədə yer alıb. Arkadi Naydiç 2700 xalla siyahıda 44-cü, Rauf Məmmədov isə 2686 xalla 58-ci yerdədir.
Qeyd edək ki, reytinq cədvəlinə 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.07.2024 [17:50]
AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir
- 04.07.2024 [16:57]
“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb
- 04.07.2024 [16:26]
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub
- 04.07.2024 [15:42]
“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib
- 04.07.2024 [15:08]
“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib
- 04.07.2024 [14:33]
Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb
- 04.07.2024 [13:53]