Salyanda avtomobil kanala aşıb, iki nəfər ölüb
Salyan, 7 aprel, Mahir Babayev, AZƏRTAC
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Neftçala rayonunun Qaçaqkənd kənd sakini Abışov Şəhriyar Mahir oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən naməlum səbəbdən idarəetməni itirib və avtomobil yolun kənarındakı kollektora aşıb. Nəticədə avtomobildə olan sərnişin İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri Nəbiyev Natiq Namiq oğlu, İsrafilov Qubad İlqar oğlu və sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq avtomobilin sürücüsü Ş.Abışov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]