REGİONLAR
Salyanın meyvə bağlarından 1248 tondan çox məhsul yığılıb
Salyan, 25 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyanın meyvə bağlarında bu il bol məhsul yetişib. Bağbanlar dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan yararlanaraq ötən ilə nisbətən daha çox məhsul tədarük ediblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyanda 2022-ci ilin məhsulu üçün 832,1 hektar meyvə və giləmeyvə bağlarından ötən 10 ayda 1248,2 ton məhsul tədarük edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 ton çoxdur. Yığılan məhsulun 1670,8 tonunu nar, 336,5 tonunu xurma, 73,0 tonunu alma, 43,8 tonunu armud, 222,6 tonunu heyva, 67,2 tonunu albalı, 82,4 tonunu alça və digər meyvələr təşkil edib. Həmçinin məhsul istehsalçıları 197,6 ton giləmeyvə toplayıblar.