Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası
Bakı, 12 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, iclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova gündəlikdə duran məsələləri diqqətə çatdırıb, eyni zamanda, 2023-cü ildə gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin statistikasını təqdim edib.
Sonra şura üzvlərinə 2024-cü ilin fəaliyyət planı təqdim olunub və fəaliyyət planı üzrə nəzərdə tutulan tədbirlərin təşkili məsələləri müzakirə edilib. Bir sıra cari məsələlər, o cümlədən gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı təkliflər dinlənilib.