Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxı astrofizika rəsədxanasının inkişaf konsepsiyası və prioritetləri müzakirə olunub

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə aparılan kompleks islahatlar, ölkəmizin dövlət siyasəti və milli maraqları, habelə kosmik sənayenin nailiyyətləri fonunda Azərbaycan alimlərinin qarşısında duran prioritet vəzifələrin icrasını, dünya elmində gedən proseslərə, müasir çağırışlara adekvat olaraq araşdırılan aktual elmi-nəzəri, praktiki problemləri və digər mühüm məsələləri daim diqqət mərkəzində saxlayır.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə, FRTEB-nin ümumi yığıncağının növbəti onlayn iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun və icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun “Şamaxı Astrofizika Rəsədxanasında astronomik müşahidələr: imkanlar, beynəlxalq əməkdaşlıq və perspektivlər” haqqında elmi məruzəsi dinlənilib.

Öncə AMEA-nın müxbir üzvü Namiq Cəlilov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə adıçəkilən elmi müəssisənin mümkün töhfələri, onun ölkəmizdə yaxın kosmosun, kosmik fəzanın və ətraf mühitin tədqiqinin aparılması üçün əsaslı texniki imkanlara, real coğrafi mövqeyə və elmi kadr potensialına malik olmasından danışıb. Rəsədxananın dünyanın bir çox ölkələrinin aparıcı elmi təşkilatları ilə birgə həyata keçirdiyi tədqiqatlardan söz açıb.

Baş direktor yaxın gələcəkdə ŞAR-da kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yerüstü poliqonlarda aparılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında atmosferin kimyəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən monitorinqinin keçirilməsi, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi tədqiqat planlarına diqqət çəkib.

Alim AMEA-nın 27 may 2021-ci il tarixli ümumi yığıncağının müvafiq qərarı ilə ŞAR-ın qarşısında qoyulan prioritet vəzifələrə də toxunub. Onun sözlərinə görə, Rəsədxananın alimlərinə Azərbaycanda kosmik sənayenin inkişafı üzrə dövlət proqramına müvafiq olaraq astrofizikanın müasir problemlərini əhatə edən uzaq kosmosun fizikası ilə yanaşı, yerətrafı fəzanın fundamental-praktiki problemlərinin həllinə yönəlmiş yaxın kosmosun aktual məsələlərinin tədqiq olunması tapşırılıb.

ŞAR-ın baş direktoru vurğulayıb ki, son illərdə əldə edilmiş uğurları daha da artırmaq və Azərbaycanda astronomiyanın dünya elminin ən qabaqcıl səviyyələrinə çıxması üçün Rəsədxananın böyük potensial imkanları mövcuddur. Rəsədxananın yerləşdiyi təbii coğrafi mövqe göy sferinin həm cənub, həm də şimal səmasının kifayət qədər geniş sahəsini müşahidə etməyə imkan verir. Bunun üçün Rəsədxanada mövcud olan cihaz parkının müasirləşdirilməsi, teleskopların idarə sisteminin avtomatlaşdırılması və onların beynəlxalq teleskoplar şəbəkəsinə qoşulmasını təmin etmək zəruridir.

Namiq Cəlilov vurğulayıb ki, hazırda dünyanın əksər aparıcı astronomik elmi mərkəzləri atmosferdənkənar müşahidələri həyata keçirən kosmik missiyalara qoşulublar və yaradılmış beynəlxalq konsorsiumlarla əməkdaşlıq edirlər. Onun sözlərinə görə, ŞAR-da da bu istiqamətdə ilk addımlar atılıb. Lakin bu prosesin daha da genişlənməsi Rəsədxananın elmi cihaz bazasının yenilənməsi ilə birbaşa bağlıdır. Bu sahədə atılacaq addımlar beynəlxalq əlaqələrin ciddi şəkildə artmasına və elmi fəaliyyətin keyfiyyətcə yüksəlməsinə kömək edə bilər.

Alim, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm kompüter şəbəkəsinin resurslarından istifadə etməklə ŞAR-da mövcud olan və bundan sonra əldə olunacaq bütün spektrofotometrik ölçmə materialların Astronomik bazasının yaradılması, müşahidə materiallarının beynəlxalq standartlar formatına gətirilməsi, materialın emalı və analizi üçün müvafiq proqram təchizatının təmin edilməsi məsələlərinə də toxunub.

Namiq Cəlilov Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yaradılması və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılmasının zəruri olduğunu vurğulayıb.

Daha sonra çıxış edən ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov vurğulayıb ki, 2008-2013-cü illərdə İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ŞAR-da infrastruktur yenidən qurulub, 2 m-lik teleskopun idarəetmə sistemi yenilənib, müasir işıq qəbuledicilərinin tətbiqi və cihazların təkmilləşdirilməsi sayəsində aparılan astronomik müşahidələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, 2016-cı ildə ŞAR-ın 2 m-lik teleskopunda yerli mütəxəssislər tərəfindən müasir işıqqəbuledicisi tətbiq etməklə yüksək ayırdetməli, spektrin çox geniş dalğa uzunluğu oblastını əhatə edən Optik Lifli Kasseqren Eşelle Spektroqrafı hazırlanıb. 2019-cu ildə “Canon” obyektivi və “Andor” CCD kamerası əsasında ŞAR-ın 2 m-lik teleskopunda universal dəyişən difraksiya qəfəsli spektroqrafın yeni mükəmməl variantı quraşdırılıb. Bu sistemlər ŞAR-da unikal müşahidə materiallarının alınmasına imkan verib.

İcraçı direktor bildirib ki, əldə olunan yeniliklər ŞAR-ın alim və mütəxəssislərinin bir neçə beynəlxalq layihə və qrantlara qoşulmasına şərait yaradıb. Belə ki, son illərdə ŞAR-da Avropa Birliyinin 5 illik FP7 qrant layihəsi (SOLSPANET), 4 illik HORIZON 2020 - massiv ifratnəhəng ulduzların spektral tədqiqi, ESA-nın beynəlxalq kosmik layihəsi, GRANDMA - yerüstü teleskoplarla qravitasiya dalğaları mənbələrinin optik diapazonda müşahidəsi (İtaliya-Fransa), Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Dövlət Astronomiya İnstitutu ilə birgə aktiv nüvəli qalaktikaların tədqiqi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilən birgə elmi tədqiqat işləri həyata keçirilməkdədir.

Bununla bərabər, son illərdə Şamaxı rayonunda turizmin inkişafı, Rəsədxananın yaxınlığında yeni binaların tikilməsi, yolların çəkilməsi, süni işıq və tozlanma mənbələrinin artması nəticəsində ŞAR-ın ərazisində astroiqlim şəraiti ciddi şəkildə pozulub. Bu da astronomik müşahidələrin keyfiyyətinə ciddi mənfi təsir göstərib.

Nəriman İsmayılov ŞAR-ın 2021-2025-ci illər üçün qəbul olunmuş beşillik tədqiqat planından da söz açıb, Yerətrafı fəzanın fundamental-praktiki problemlərini əhatə edən yaxın kosmosun aktual məsələlərinin tədqiqindən, o cümlədən Günəş və günəş sistemi cisimləri, günəş fəallığının fizikası, Günəş-Yer əlaqələri, planetlərarası mühitin fizikası, Yerin asteroid təhlükəsizliyi, orbitdə olan aktiv süni peyklərın hərəkətinin təhlükəsizliyi və kosmik tullantılar problemindən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan kosmik sənayenin inkişafı və Azərbaycan elminin prioritetləri fonunda astronomik araşdırmaların ölkənin milli maraqlarına xidmət etməsinin, astroinformatika, astrostatistikaya aid tədqiqatların aparılmasının, əldə olunan müşahidə məlumatlarının intellektual emalının, IV sənaye inqilabının çağırışlarına uyğun olaraq süni intellekt və maşın təliminin tətbiq olunmasının vacibliyini vurğulayıb. Alim astroinformatika, astrostatistika sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasının zəruri olduğunu qeyd edib.

Məruzə ətrafında aparılan müzakirələrdə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, akademik Ənvər Nəhmətov, AMEA-nın müxbir üzvləri - Əminağa Sadıqov, Bilal Bilalov, Vəli Hüseynov və İsmayıl İsmayılov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

Sonra FRTEB-in Ümumi yığıncağı Rəsədxanada “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramından” irəli gələn işlərin yerinə yetirilməsi üçün ŞAR-da lazımi şəraitin yaradılması, mövcud teleskoplarının maddi-texniki bazasının möhkəmləndirilməsi, avtomatlaşdırılması və onların müasir işıq qəbulediciləri ilə təmin edilməsi, həmçinin Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yaradılması və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

FHN: Xırdalandakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim