ELM VƏ TƏHSİL
Şamaxı dəfinəsi maraqlı tarixi faktları açıqlayır
Bakı, 10 aprel, AZƏRTAC
Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika və epiqrafika elmi fond şöbəsinə təhvil verilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, 21 ədəd tam, 860 qram paslı və fraqmentşəkilli sikkələrdən ibarət olan dəfinə muzeyin bərpa laboratoriyasında təmizlənib. Müəyyənləşdirilib ki, bu dirhəmlər Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edilib.
Bir sıra Qafqaz dəfinələrində aşkarlanmış, X əsrin sonu – XI əsrin əvvəllərinə aid Şirvanşahların adları olan belə sikkələr Azərbaycanda sikkə zərbi və pul ticarətinin səciyyəvi cəhətlərini açıqlayan faktdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:26]
“Şumerlərin izi ilə” - elmi seminar
- 30.04.2024 [18:11]
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:29]
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]