Şamaxı rayonunun Dəmirçi kəndi haqqında videomaterial Özbəkistan portalında
Daşkənd, 11 aprel, AZƏRTAC
Özbəkistanın qalampir.uz portalı Şamaxı rayonunun Dəmirçi kəndi haqqında videomaterial verib.
AZƏRTAC xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistinin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.
Videomaterialda Dəmirçi kəndinin həyatı, məişəti, məşğulluğu, istirahəti haqqında söhbət açılır.
Videosüjetdə dəmirçi iş başında, kəndin bazarında alver, təndirdə çörək bişirilməsi, ev heyvanlarının örüşə çıxarılması, çay içmək ənənələri, nərd yarışları öz əksini tapıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd