Şamaxıda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır VİDEO
Şamaxı, 5 fevral, AZƏRTAC
Şamaxıda ötən gün əsən güclü külək bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək M.Hadi küçəsində 60 mənzilli ictimai-yaşayış binasının dam örtüyünün 20 kvadratmetrlik hissəsini uçurub. Uçan dam örtüyü ətrafdakı elektrik naqillərini qırıb, aşağıda dayanan avtomobili əzib. Güclü külək, habelə bir sahibkarlıq obyektinə, 4 tövlə və yardımçı binaya da zərər vurub.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlərə başlanılıb. Artıq binanın dam örtüyü bərpa edilib, elektrik enerjisinin verilişindəki fasilə aradan qaldırılıb.
Hazırda güclü küləyin rayona vurduğu ziyanın miqyası araşdırılır.