CƏMİYYƏT
Samux rayon sakininin həyətyanı sahəsində 33 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Bakı, 23 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayonunun sakini Xaliq Mustafayevin həyətyanı sahəsindən 33 kiloqram 685 qram marixuana, müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkarlanaraq götürülüb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Alar kənd sakini Ramin Rəsulov isə müvafiq sənədləri olmayan “TOZ-50” markalı tüfəngi könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.