Azərbaycan Dövlət İnformasiya Agentliyi

San-Marinoda Azərbaycana həsr olunmuş böyük tədbir keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

San-Marinoda Azərbaycanın böyük və həqiqi dostu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin başçısı Aureliya Qriqoriunun Malta Ordeninin ən yüksək mükafatı - Böyük Malta Xaçı ilə mükafatlandırılması mərasimi keçirilib.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut AZƏRTAC-a bildirib ki, Aureliya Qriqoriu bu mükafata humanizm, ədalət, sülh, tolerantlıq və multikulturalizm ideallarını dəstəklədiyinə və onları təbliğ etdiyinə görə layiq görülüb. Onu bu mükafata 2013-cü il iyulun 4-də Yerevandakı çıxışına, habelə insan hüquqlarının müdafiəsi işinə töhfəsinə görə layiq görüblər. A.Qriqoriu həmin çıxışında Ermənistanda insan hüquqlarının pozulması, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün probleminin mövcud olması barədə dünya birliyinə məlumat verib.

Malta Ordeninin yüksək mükafatının təqdim edilməsi mərasimi çərçivəsində Aureliya Qriqoriunun təşəbbüsü ilə San-Marino Respublikasının siyasi və biznes elitasının və İtaliyanın nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” görüşü keçirilib. “Dəyirmi masa”nın işində Aureliya Qriqoriu ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məshəti Əliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının prezidenti Elmar Məmmədov, Moldovanın “İctimai Palata” qeyri-hökumət təşkilatının başçısı Dmitri Xaritonov iştirak ediblər.

Doktor Lamberto Franka “dəyirmi masa”nı açaraq bildirib ki, bu günü tarixi gün hesab etmək olar, çünki San-Marinonun siyasi və biznes elitası ilk dəfə Azərbaycan haqqında ətraflı informasiya alacaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva Azərbaycan dövlətinin dünyəvi modelindən, dövlət səviyyəsində multikulturalizm və tolerantlıq siyasətinin yürüdülməsindən, Azərbaycanın populyarlığının artmasından, onun inkişaf etmiş iqtisadiyyatından və əlverişli investisiya mühitindən, turizm imkanlarından və bir çox digər məsələlərdən ətraflı söz açıb.

Məhsəti Əliyeva bildirib ki, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmasına baxmayaraq, dünyanın bir çox aparıcı şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə çəkinmədən sərmayə yatırırlar, çünki əmanətlərinin təhlükəsizliyinə verilən zəmanətə əmindirlər.

Məhsəti Əliyeva fürsətdən istifadə edərək, tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışıb. O deyib: “Bu gün Avropa bir milyon qaçqın problemi ilə üzləşib. Təsəvvürünüzə gətirin ki, Azərbaycan 20 ildən çoxdur ki, bir milyondan çox qaçqının və məcburi köçkünün öhdəsindən təkbaşına gəlir. Müasir və güclü Azərbaycanın siyasəti tolerantlıq və multikulturalizm modeli üzərində qurulub. Azərbaycan xalqının tolerantlığı və multikulturalizmi müxtəlif millətlərin və konfessiyaların nümayəndələri ilə ümumi dil tapmağa kömək edir.

Multikulturalizm modelinin iflasa uğradığını açıq etiraf edən bir çox aparıcı Avropanın ölkələrindən fərqli olaraq, Azərbaycanda tolerantlıq və multikulturalizm Azərbaycan dövlətinin ən böyük sərvətidir və Azərbaycan xalqının sülhpərvər mahiyyətini üzə çıxarır. Bu model çoxmillətli dövlətlərdə etnosiyasi sabitlik yaradılması üçün ən yaxşı örnək ola bilər”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin başçısı Aureliya Qriqoriu bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, nəticədə bu gün Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Buna baxmayaraq, məhz Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Azərbaycan rəhbərliyinin dövlət siyasəti fenomeni də elə buradan qaynaqlanır.

A.Qriqoriu vurğulayıb: “Bu dövləti fərqləndirən cəhət budur ki, ərazilərinin 20 faizinin işğalından əziyyət çəkməsinə, bir milyondan çox qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, ölkədə sülh, ehtiram, xeyirxahlıq və humanizm mühitini təmin edir. Bu gün Avropanı bürüyən qaçqınlar problemi on milyon əhalisi olan Azərbaycanın təcrübəsi nəzərə alınmaqla həll edilə bilər, çünki bu ölkə artıq 25 ildən çoxdur ki, başqa dövlətlərin dəstəyi olmadan, müstəqil surətdə bir milyondan çox qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlir”.

Aureliya Qriqoriunun fikrincə, Azərbaycan elə bir ölkədir ki, onun millətindən, etnik və yaxud irqi mənsubiyyətindən, ünsiyyət dilindən və dini etiqadından asılı olmayaraq, bütün sakinləri özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri hiss edirlər. O deyib: “Təsadüfü deyildir ki, Azərbaycan Avstraliya, Kanada, Argentina və İsveç kimi ölkələrlə yanaşı, dünyanın ən tolerant beş ölkəsi sırasına daxil olub. Azərbaycan haqlı olaraq dini tolerantlıq örnəyi sayılır. Bu ölkə tolerantlıq səviyyəsinə görə təkcə Asiyanın deyil, Avropa ölkələrinin çoxunu qabaqlayıb. Bu gün Azərbaycanın tolerantlıq modeli həm müsəlman dünyası, həm də Avropa üçün örnək sayılır”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycan-yəhudi münasibətlərin tarixi üzərində ətraflı dayanaraq, İsrail-Azərbaycan strateji tərəfdaşlığının uğurlu inkişafının müasir mərhələsindən, o cümlədən siyasi dialoqun yüksək səviyyəsindən, iqtisadi tərəfdaşlığın və hərbi-texniki əməkdaşlığın inkişafından danışıb. O deyib: “Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi müstəqilliyinin cəmi 25 ili ərzində iri beynəlxalq neft, qaz və nəqliyyat layihələri həyata keçirib, böyük uğurlara və tərəqqiyə nail olub. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində mühüm geosiyasi və geoiqtisadi mərkəz rolu oynayıb. İsrail dövləti Azərbaycan neftini məhz bu kəmər vasitəsilə alır. Artıq uzun illərdir Azərbaycanın tarixi ərazisinin 20 faizini işğal etmiş Ermənistanla müharibə vəziyyətində olduğunu vurğulayan A.Qut deyib: “Ermənistanla silahlı münaqişəyə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Yəhudi icması bu dialoqda mühüm və inteqrasiyaedici rol oynayır. Bu gün istər millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı bu təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqət və qayğıkeşliklə yanaşır, səmimi münasibət bəsləyir. İnkaredilməz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur. Bir neçə il əvvəl paytaxtın mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda yəhudi uşaqlar ən böyük təhsil mərkəzi inşa edilib. Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin sıx yaşadığı yeganə unikal yerdir, Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir. Bu gün yəhudi kipa qoyub Parisdə gəzməyə cəsarət etməz, Bakıda isə yəhudilər rahatca kipa qoyur, bütün milli bayramlarını qarşılayır, Beynəlxalq Holokost Gününü və İsrailin Müstəqillik Gününü qeyd edirlər”.

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının prezidenti Elmar Məmmədov həm Azərbaycanın, həm də Ukraynanın iqtisadi inkişafı barədə qonaqlara məlumat verib, hər iki ölkənin turizm sektoruna yatırılan sərmayələrin faydasından, turizmin populyar istiqamətindən - iki ölkənin müalicəxanalarında tibbi turizmdən danışıb.

Mehriban dostluq şəraitində keçirilən görüş Azərbaycana böyük maraq oyadıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO