Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Korsar” baleti nümayiş etdiriləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Adolf Adanın “Korsar” baleti nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, “Mariya-2” səhnəsində təqdim olunacaq baletdə Əlinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
“Korsar” baletinin 1863-cü ildə Mariya Teatrında Marius Petipanin xoreoqrafiyasında, 1987-ci ildə S.M.Kirov adına Opera və Balet Teatrında (indiki Mariya Teatrı) Pyotr Qusevin redaktəsində premyeraları olub.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]