Saray-Novxanı yolunda yeni geridönmə hissə yaradılır
Bakı, 17 oktyabr, AZƏRTAC
Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geridönmə hissə yaradılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Yeni geridönmə hissə yaxın günlərdə istifadəyə veriləcək. Bunun üçün əraziyə AAYDA tərəfindən lazımi sayda qüvvə cəlb olunub.