Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilib VİDEO

Bakı, 13 iyul, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, Qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.

Yeni dəyişikliyə əsasən, tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə, 16 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən, hazırda bu say artırılaraq 21-ə yüksəlib. Qaydaya edilən bu dəyişiklik 2021-ci il aprelin 1-dən qüvvəyə minir.

Qaydaya edilən yeni əlavəyə əsasən, tibb müəssisələrində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvlərinə aylıq sabit 200 manat həvəsləndirici əlavənin ödənilməsi müəyyən edilib.

İşin nəticələrinə görə, aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Yeni dəyişikliyə əsasən, həkimlərə verilən işin nəticələrinə görə, aylıq həvəsləndirici əlavələrin məbləğinə tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun əmsallar tətbiq edilib. Belə ki, 3-cü qrup A kateqoriyalı tibb müəssisələri üzrə 1.5, 3-cü qrup B kateqoriyalı tibb müəssisələri üzrə 1.4, 3-cü qrup C kateqoriyalı və 2-ci qrup A kateqoriyalı tibb müəssisələri üzrə 1.3, 3-cü qrup D kateqoriyalı və 2-ci qrup B kateqoriyalı tibb müəssisələri üzrə 1.2 əmsal tətbiq edilməklə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr hesablanacaq. Məsələn, Xidmətlər Zərfində dəyəri 1000 manat olan cərrahi əməliyyata görə hesablanan bonus məbləği 2-ci qrup B kateqoriyalı tibb müəssisəsində 150 manat, 3-cü qrup B kateqoriyalı tibb müəssisəsində 210 manat təşkil edəcək. Qaydaya edilən bu dəyişiklik 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.

Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

Qaydaya edilən yeni əlavəyə əsasən, peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyәtlәrindәn asılı olaraq 1-ci sinif avtomobil sürücülərinə vəzifə maaşının 25 faizi, 2-ci sinfə isə vəzifə maaşının 10 faizi miqdarında əlavənin ödənilməsi müəyyən edilib. Qaydaya edilən bu dəyişiklik 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq onların aylıq vəzifə maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən, struktur vahidləri/vəzifələr, müəyyən vəzifələr üzrə əlavələrin məbləği artırılıb. Yerləşmə ərazisinə görə tibb müəssisələrinin bəzi struktur vahidlərinin əməkdaşları üzrə aylıq sabit həvəsləndirici əlavələrin məbləğində optimallaşma aparılıb.

Qeyri-tibb işçilərinin aylıq vəzifə maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Yeni Qaydaya görə, bir sıra ixtisaslar/vəzifələr üzrə aylıq həvəsləndirici əlavələrin məbləği tibb müəssisəsinin qrup və kateqoriyasından asılı olaraq dəyişdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünür, öz növbəsində 1-ci qrup A, B, C, 2-ci və 3-cü qruplar isə A, B, C və D kateqoriyalarına ayrılır.

Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib. Əvvəlki Qaydaya görə, 12 vəzifə üzrə tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə aylıq həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib (Qaydanın 16-4-cü bəndi).

Bununla yanaşı, Qaydaya “Elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğləri” adlı yeni bənd daxil edilib. Belə ki, səhiyyə işçiləri bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 40 manat məbləğində əlavələr hesablanacaq. Qaydaya edilən bu dəyişiklik 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Qaydada edilən digər dəyişikliklər 2021-ci il aprelin 1-dən qüvvəyə minib.

Qayda ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

“Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyer Avropa çempionatında Buffonun rekordunu qırıb

Ukraynada Leninin ən böyük heykəli hərraca çıxarılıb

Avro-2024: Macarıstanlı futbolçu oyun vaxtı huşunu itirib

Avro-2024: Almaniya qrup lideri olaraq 1/8 finala vəsiqə qazanıb

İqlim dəyişikliyinin ATƏT ərazisində təhlükəsizliyə təsirləri müzakirə olunub

AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb

BMT Somaliyə 25 milyon dollar yardım edəcək

Ekvador polisi 2 tondan çox kokainin İspaniyaya göndərilməsinin qarşısını alıb

Dağıstanda silahlı hücumlar nəticəsində 9 nəfər ölüb, yaralılar var YENİLƏNİB-3 VİDEO

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100 nəfəri ötüb

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

Bakı Slavyan Universitetinin məzun günü keçirilib

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Netanyahu: ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib

Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirib

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Sloveniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

NBC: Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər

Göyçayda kafe yanıb

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub

Honkonq və Sinqapur əcnəbilərin yaşamaları üçün ən bahalı şəhərlərdir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb VİDEO

Naxçıvan Qızlar Liseyinə ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib

Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar

DİM-in rəhbəri: Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilib

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Məleykə Abbaszadə: Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanmasını intensivləşdirmək üçün DİM prosesə mütəxəssisləri cəlb edib

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Abşeron rayonunda sursat aşkar edilib VİDEO

Azərbaycanın dəmir yolu stansiyalarında memarlıq irsi

“Avro 2024”: Bu gün III tura start veriləcək

“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

Amerika Kuboku: Venesuela və Meksika yığmaları qalib gəlib

Ağstafada toyda kütləvi zəhərlənmə olub VİDEO

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz... FOTOLAR VİDEO

Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Güclü külək və dolu 2 rayonda fəsadlar törədib

Fəallar Kembric Universitetinin binasını qırmızı rəngə boyayıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq

Fransada leysan: Arıçılar narazıdır

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirir

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

Astanada çoxmərtəbəli binada yanğın baş verib VİDEO

QHGT-nin İqlim Fəaliyyəti Forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb