CƏMİYYƏT
Səhiyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 28 avqust (AZƏRTAC). Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 29-da saat 11:00-da Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların qəbulunu keçirəcək.
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, Oqtay Şirəliyev Quba, Qusar, Şabran, Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda, həmçinin sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.