Şəhriyar Məmmədyarov şahmat üzrə dünya kubokunun 1/4 finalına gedən yoldadır
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanın paytaxtı Bakıda şahmat üzrə dünya kuboku qazanmaq və iddiaçıların turnirinə vəsiqə almaq uğrunda mübarizəni cəmi 16 şahmatçı davam etdirir. Bazar günü 1/8 finalın birinci oyunları keçirilib. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov amerikalı Fabiana Karuana ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qara fiqurlarla oynayan Məmmədyarovun amerikalı rəqibi 39-cu gedişdən sonra məğlub olduğunu etiraf etməyə məcbur olub. Partiya 3 saat 20 dəqiqə davam edib.
Dünya kubokunun 1/8 finalına 4 rusiyalı, 3 ABŞ nümayəndəsi, Çinin 2 şahmatçısı, 7 ölkənin, o cümlədən Azərbaycanın hərəsinin 1 nümayəndəsi çıxıb.
Dünya kubokunun dördüncü dövrəsində ilk oyunların yarısında qaliblər müəyyən edilib. Rusiyalı Pyotr Svidler bolqar Veselin Topalova, çinli Din Ljen öz həmvətəni Vey İ-yə, amerikalı Rikaru Nakamura ingilis Maykl Adamsa qalib gəlib. Dmitri Andreykin (Rusiya) -Sergey Karyakin (Rusiya), Dmitri Yakovenko (Rusiya) - Pavel Elyanov (Ukrayna), Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ), Aniş Giri (Niderland) - Radoslav Voytaşek (Polşa) görüşləri heç-heçə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [23:28]
Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]