Şəkili gənclərə “Mülki Müdafiə” layihəsi təqdim edilib
Şəki, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyi rayon gənclərinə yeni layihə təqdim edib. “Mülki Müdafiə” layihəsi çərçivəsində gənclər Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsində olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nümayəndəliyin rəhbəri Sahil Babazadə məlumat verib.
Bildirilib ki, səfər zamanı gənclər xilasetmə avadanlıqları və alətləri ilə, həmçinin xidməti otaqlar, əməkdaşların iş şəraiti və fəaliyyəti ilə yaxından tanış olublar.
Sonda “Şərti yanğın” həyəcan siqnalı verilib və gənclər şəxsi heyətin siqnala reaksiyasını izləyiblər.