Şəkinin Babaratma və Orta Zəyzid kəndlərində yerləşən abidələrin xarakterik xüsusiyyətləri öyrənilib
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov, əməkdaşlar Habil Xəlilov, Elçin Abdulhəmidov və Ramil Teymurov Şəkinin Babaratma və Orta Zəyzid kəndlərində elmi ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Şəki REM əməkdaşları Babaratma və Orta Zəyzid kəndlərində yerləşən abidələrin xarakterik xüsusiyyətlərini öyrənib, etnoqrafik materiallar toplayıb, arxeoloji kəşfiyyat işləri aparıblar.