Səkkiz ayda Azərbaycanda 35,1 milyard dollara yaxın ticarət əməliyyatları aparılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 35 milyard 112,9 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ticarət əməliyyatlarının 8 milyard 868,4 milyon dolları idxalın, 26 milyard 244,5 milyon dolları isə ixracın payına düşüb.