Şəmkirdə Həmrəylik Gününün və Yeni il bayramının gəlişi tədbirlə qeyd edilib
Şəmkir, 30 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Şəmkirdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən bəhs edib, bayram münasibətilə təbriklər səslənib.
Tədbirin bədii hissəsində yerli mədəniyyət işçilərinin, məktəblilərin və körpələr evi-uşaq bağçalarının fidanlarının ifasında bayrama aid musiqilər və səhnəciklər təqdim olunub.
Sonda Şəmkir rayonunda təşkil olunan tədbirlərdə fəal iştirakına görə bir qrup təhsil və mədəniyyət işçisinə fəxri fərman və hədiyyələr verilib.