ŞƏMKİRDƏ UŞAQ-ƏYLƏNCƏ MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Şəmkir rayonunun mərkəzində, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdə yeni uşaq-əyləncə mərkəzi istifadəyə verilmişdir. Mərkəz 1,5 hektara yaxın ərazini əhatə edir. Burada quraşdırılmış cürbəcür oyun köşkləri, yelləncək və karusellər mərkəzə gələn kiçik şəmkirlilərin könlünü oxşayır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, yaxın günlərdə burada qapalı oyun otaqlarının tikintisinə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]