Şəmkirlilər tibbi müayinələrdə mütəşəkkilliklə iştirak edirlər
Şəmkir, 18 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2014-cü il fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Şəmkir rayonunda da mütəşəkkilliklə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, qabaqcadan görülmüş hazırlıq işlərinin nəticəsində artıq iki gündə 10 min nəfərə yaxın rayon sakini ümumilikdə 32 səhiyyə ocağında tibbi müayinədən keçmiş, sağlamlıqları haqqında məlumat əldə etmişlər. Rayonun Çinarlı, Düyərli, Ələsgərli, Yuxarı Seyfəli, Qaracəmirli və s. kəndlərində tibbi müayinələrdə əhali daha fəal iştirak edir.